Son Xəbərlər

Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı missiyasının rəhbəri Natalya Tamirisanın və Liberiyanın Peynesvil şəhər meri Pem Belçer-Teylorun rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycanın tullantıların idarə olunması...
25.06.2019

Latın Amerikasını təmsil edən diplomatlar Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Perunun Azərbaycandakı səfiri xanım Maria Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Hara Maldonado Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandır...
14.05.2019

Balaxanı Sənaye Parkı Cenevrədə təşkil olunan “Şəhərlər Günü” sərgisində təqdim olunub

8-9 aprel 2019-cu il tarixlərində “Təmiz Şəhər” ASC BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər Günü” adlı sərgidə təmsil o...
09.04.2019

BMT Baş katibinin müavini Balaxanı Sənaye Parkında olub

Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olub....
30.11.2018

Latın Amerikasını təmsil edən diplomatlar Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Perunun Azərbaycandakı səfiri xanım Maria Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Hara Maldonado Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti, tullantıların idarəolunması sahəsində və “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində görülən işlər, Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə qonaqlara məlumat verib. Bildirilib ki, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatlarının, plastik materialların və süngərlərin təkrar emalı sahələri üzrə 7 rezident fəaliyyət göstərir. Daha 11 növ istehsal sahəsi üzrə qeydiyyata alınmış 9 rezident yaxın zamanda fəaliyyətə başlayacaq.

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanışlıq zamanı qonaqlara ətraf mühitə mənfi təsirlərin azaldılmasında müəssisənin rolu barədə məlumat verilib. Qeyd edilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir müəssisələrdəndir. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Diplomatlar “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində görülən işlərdən məmnunluğunu bildirib, “Təmiz Şəhər” ASC-nin bu sahədə işini yüksək qiymətləndiriblər.


14.05.2019