Son Xəbərlər

Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı missiyasının rəhbəri Natalya Tamirisanın və Liberiyanın Peynesvil şəhər meri Pem Belçer-Teylorun rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycanın tullantıların idarə olunması...
25.06.2019

Latın Amerikasını təmsil edən diplomatlar Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Perunun Azərbaycandakı səfiri xanım Maria Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qabriel Hara Maldonado Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandır...
14.05.2019

Balaxanı Sənaye Parkı Cenevrədə təşkil olunan “Şəhərlər Günü” sərgisində təqdim olunub

8-9 aprel 2019-cu il tarixlərində “Təmiz Şəhər” ASC BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər Günü” adlı sərgidə təmsil o...
09.04.2019

BMT Baş katibinin müavini Balaxanı Sənaye Parkında olub

Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olub....
30.11.2018

BMT Baş katibinin müavini Balaxanı Sənaye Parkında olub

Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov BMT Baş katibinin müavininə qurumun fəaliyyəti, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və zonalarında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib. Bildirilib ki, təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, kağız-karton, plastik məmulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezident fəaliyyət göstərir. Daha 11 növ istehsal sahəsi üzrə qeydiyyata alınmış 9 rezident yaxın zamanda fəaliyyətə başlayacaqdır.

 

BMT Baş katibinin müavini Olqa Alqayerova ölkəmizdə davamlı inkişafın təmin edilməsində sənaye parklarının önəmini vurğulayıb, Balaxanı Sənaye Parkının işini yüksək qiymətləndirib.


30.11.2018